Spektrometr

XPS spektrometri

Spektrometr fiziki hadisənin spektral elementlərini ayırmaq və onları ölçmək üçün istifadə olunan elmi cihazdır. Spektrometr tez-tez spektral komponentlərin bir formada qarışdırıldığı bir fenomenin davamlı dəyişənini ölçən cihazları xarakterizə etmək üçün istifadə olunan termindir. Gözlə görünə bilən işıqda spektrometr parlaq işığı ayıra bilər. Həmçinin, bu cihaz spektr kimi adlanan fərdi dar işıq lentlərini ayırmaq gücünə malikdir. Bir kütlə spektrometr qazda mövcud olan atomların və ya molekulların kütlələrinin spekrini ölçür. İlk spekrometrlər işığı fərdi rənglərə ayırmaq üçün istifadə edilmişdir. Spekrometrlər fizika, astronomiya və kimya üzrə ilk tədqiqatlarda hazırlanmışdır. Spektroskopiyanın kimyəvi tərkibi müəyyən etmək qabiliyyəti onun inkişafına təkan verdi və onun əsas istifadələrindən biri olaraq qalır. Spekrometrlər ulduzların və planetlərin kimyəvi tərkibini analiz etmək üçün astronomiyada istifadə olunur və spekrometrlər kainatın yaranması haqqında məlumat toplayırlar.

Spektromerlərə nümunə olaraq atomları, hissəcikləri və molekulları implus, kütlə və yaxud enerji ilə ayıran cihazları göstərmək mümkündür. Bu növ spekrometrlər kimyəvi analiz və hissəciklər fizikasında istifadə olunur.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search